reklam
Sportfm.az xəbər saytı

"El-Klasiko"da "Barselona" sevindi -VİDEO


Bu gün İspaniya La Liqasında ilin sonuncu “El-Klasiko”su baş tutub.

Sportfm.az xəbər verir ki, XVII tur çərçivəsində “Real Madrid” və “Barselona” komandaları qarşılaşıblar.

“Santyaqo Bernabeu” stadionunda keçirilən oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 54-cü dəqiqədə Luis Suares açıb. Görüşün 63-cü dəqiqəsində isə Daniel Karvaxal qapıya gedən topun qarşısını əli ilə kəsdiyi üçün qırmızı vərəqə alıb. Təyin edilən penaltini isə Lionel Messi qola çevirib.

Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Aleş Vidal qoyub.

Qeyd edək ki, bu qalibiyyətdən sonra xalını 45-ə çatdıran “Barselona”a liderliyini möhkəmləndirib. Bir oyun az keçirən “Real Madrid” isə 31 xalla 4-cü sıradadır.

Oxşar xəbərlər

"El-Klasiko"da qonaqlardan qol şousu - VİDEO
Kral klubu lider oldu - EL Klasiko
"Real" böyükhesablı qələbə qazandı
"Barselona" "Real"ı darmadağın etdi: 5:1 - VİDEO
Bu gün ilin sonuncu “El-Klasiko”su keçiriləcək - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər