reklam
“Şahdağ” və “Uğur” liderdir -
Sportfm.az xəbər saytı

“Şahdağ” və “Uğur” liderdir -Region Liqası


Region Liqasında II turun oyunları çərçivəsində Qusarın “Şahdağ” futbol klubu ardıcıl ikinci qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, qusarlılar Şabranı təmsil edən “Səhliyalı” komandasına böyük hesabla (5:0) qalib gəlib. Şövkət Orduxanov adına Qusar şəhər stadionunda keçirilən matçın ilk hissəsində qapılara bir qol vurulub. Hesab matçın 10-cu dəqiqəsində açılıb. İkinci hissədə qusarlılar rəqibin qapısından daha dörd top keçiriblər.

Şimal zonasında digər qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılıb. Sumqayıtın “Uğur” komandası Quba rayonunu təmsil edən “Şahdağ” kollektivi ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

İki turdan sonra Region Liqasının Bakı-Şimal zonası üzrə B qrupunda “Şahdağ”(Qusar) və “Uğur”(Sumqayıt) komandaları 6 xalla liderlik edirlər.

Oxşar xəbərlər

Şimal təmsilçisindən yubiley qələbəsi
"Qardaşlar"a 16 top - Region Liqası
Region Liqasının qalibi bilindi - FOTO
"Füzuli" və "Şahdağ" qalib gəldi, "Şəki" xalları yarı böldü - Region Liqasına start verildi
Region Liqasında ilk turun təqvimi açıqlandı - Sabirabad komandası "Kürdəmir"ə qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər