Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Braziliyalı futzalçı "Araz"ı tərk etdi
Futzal üzrə son ölkə çempionatının qalibi "Araz"ın braziliyalı oyunçusu komandanı tərk edib.
Sportfm.az saytı xəbər verir ki, hazırda Yüksək Liqada lider olan Naxçıvan təmsilçisinə mövsümün əvvəlində qoşulan Maykon Da Silva ilə yollar ayrılıb. Saytımıza açıqlamasında braziliyalı futzalçı hazırda gələcək karyerası ilə bağlı qərar vermədiyini, bir müddət vətənində dincəldikdən sonra təklifləri götür-qoy edəcəyini bildirib. "Araz"ın heyətində 12 matçda meydana çıxaraq, 14 dəfə fərqlənən(hazırlıq oyunları daxil olmaqla) Da Silva Rusiya və Qazaxıstan klublarına keçə biləcəyini deyib.
Qeyd edək ki, 22 yaşlı futzalçı "Araz"a Qazaxıstanın "Ayat" klubundan transfer olunmuşdu.
Oxşar xəbərlər
“Araz-Naxçıvan” braziliyalısını göndərdi - Ayrılıq
"Araz"da daha iki ayrılıq - ÖZƏL
Azərbaycandan getdi, "ən yaxşı oyunçu" seçildi
"Araz"dan ayrılan futzalçı Malta klubu ilə anlaşdı
Daha bir braziliyalı Azərbaycan çempionatında debüt etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası