Atçılıq Federasiyası ilin yekunları ilə bağlı tədbir keçirib
Sportfm.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq mərkəzində keçirilən tədbirdə mövsümün yekunları müzakirə olunub. Əvvəlcə qonaqlara 2017-ci ilin yarışlarını əks etdirən video çarx göstərilib. Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ili yüksək nailiyyətlərlə başa vuran idmançılara, məşqçilərə, hakimlərə və digər mütəxəssislərə fəxri diplomlar habelə mukafatlar təqdim edib. Mükafatlandərma mərasimində çıxış edən Federasiya prezidenti Azərbaycan atçılığının intibah dövrü yaşadığını, Respublikada yeni idman qurğularının tikildiyini və bu idman növünün inkişaf etdiyini xüsusi vurğulayıb. Elçin Quliyev bütün nailiyyətləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu idman növünə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Ardınca tədbirdə atçılığın Cıdır və Konkur növləri üzrə müxtəlif turnirlərin, xüsusən də Beynəlxalq yarışların müvəfəqiyyətlə təşkil olunduğu xatırlanıb. Çövkən oyunu üzrə Prezident Kuboku turnirinin uğurla keçirildiyi və bu idman növünün kütləvi xarakter aldığı bildirilib. Polo Üzrə Azərbaycanda keçirilən Beynəlxalq turnirin də əhəmiyyəti qeyd olunub. İlin yekunlarına həsr olunan tədbir bədii proqramla başa çatıb.
Oxşar xəbərlər
Şahmat Festivalının açılış mərasimi keçirildi
Federasiya rəsmisi İlham Əliyevlə görüşdən danışdı
Prezident İlham Əliyev idman mərasimində iştirak edib
İlin idman yekunları müzakirə edildi
Bakıda grappling və grappling-gi üzrə dünya çempionatına start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası