Ramil Quliyev yeni mövsümə Rusiyada hazırlaşacaq
Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev yeni mövsümün hazırlıqlarına yanvarın 10-da başlayacaq.
Sportfm.az xəbər verir ki, bu barədə TASS-a dünya çempionunun meneceri Olqa Nazarova açıqlama verib. O bildirib ki, 27 yaşlı idmançı Moskvaətrafı Novoqorsk bazasında məşqlər edəcək. Bundan 4 gün sonra isə hazırlıq prosesinə sprinterin şəxsi məşqçisi Oleq Muxin də qoşulacaq. Quliyev Muxinin digər yetirməsi, Rusiyanın aparıcı sprinterlərindən sayılan Ruslan Perestyukla birgə çalışacaq.
Əslən azərbaycanlı atlet karyerasında ilk dünya çempionluğunu bu il Böyük Britaniyanın paytaxtı Londonda 200 metr məsafəyə qaçış növündə qazanıb. Əvvəllər onun ən yüksək nəticəsi eyni məsafəyə qaçışda Avropa vitse-çempionluğu olub. Atlet 2011-ci ilədək Azərbaycan millisində çıxış edib. Türkiyəyə gedənədək idmançı Ümumrusiya Atletika Federasiyası ilə danışıqlar aparıb. Lakin onun Rusiya vətəndaşlığı almaq istəyi nəticəsiz qalıb.
Meneceri Quliyevin qış mövsümünü və 1 - 4 martda Böyük Britaniyanın Birmingem şəhərində qapalı qurğuda dünya çempionatını buraxacağını da vurğulayıb. Əslən azərbaycanlı sprinter üçün əsas yarış avqustda Almaniyanın paytaxtı Avropadakı dünya çempionatı olacaq. (report.az)
Oxşar xəbərlər
Ramil Quliyev bu dəfə medalsız qaldı - Brilliant Liqa
Ramil Quliyev ən yaxşılar arasında
Quliyev Polşada bürünc medal qazandı
Ramil Quliyev Avropa çempionu oldu
Ramil Quliyev 35 illik rekordu yenilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası