reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" legioneri ilə yolları ayırır


Mövsümün əvvəlində Yunanıstan "Olimpiakos"undan icarəyə götürülən Tarik Elyunussi yanvarda "Qarabağ"ı tərk edəcək. Ağdam klubunda artıq futbolçu ilə bağlı qərar verilib.
Sportfm.az saytı futbolpress.az-a istinadən xəbər verir ki, Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, norveçli vingerimövsümün ikinci hissəsini "Olimpiakos"da keçirəcək. O, "Qarabağ"da ümidləri doğrultmadığı üçün geri dönür.
Tarikin başqa kluba keçmək variantı da var. 29 yaşlı oyunçu bu mövsüm yalnız "Qarabağ"ın heyətində çıxış etdiyi üçün qaydalara görə, digər klubun da formasını geyinə bilər. Ancaq bu, aşağı ehtimal sayılır.
Elyunussi "Qarabağ"da 4 çempionat və 3 Çempionlar Liqası oyununda meydana çıxıb. O, bu matçlarda xüsusi heç nə ilə yadda qala bilməyib.

Oxşar xəbərlər

Futbolçu "Qarabağ"dan getməsinin səbəbini açıqladı: Karyera puldan önəmlidi
Daha bir legioner "Qarabağ"dan ayrıldı
"Qarabağ"ı daha bir legioner tərk etdi
“Qarabağ”ın futbolçusu İsveç klubunda!
"Qarabağ"ın futbolçusu "Bursaspor" yolunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər