reklam
Sportfm.az xəbər saytı

"Arpaçay Open" nə vaxt baş tutacaq?


Yanvarın 13-14-də Bakıda Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ikinci "Arpaçay Open" beynəlxalq turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, turnirindən bir gün əvvəl beşqat dünya və 13 dəfə Avropa çempionu Rafael Ağayevin iştirakı ilə Azərbaycanda ilk beynəlxalq seminar da təşkil ediləcək.

Hər iki idman tədbiri Bakı İdman Sarayında olacaq. Yarışlarda 6-17 yaşlı uşaqlar, yeniyetmə və gənclər mübarizə aparacaqlar. Yanvarın 13-də 6-7, 8-9 və 10-11 yaşlı uşaqlar, ertəsi gün isə 12-13, 14-15 və 16-17 yaşlı idmançılar tatami üzərinə çıxacaqlar.

Turnirdə fərdi kata və kumite yarışlarından əlavə, kumite üzrə komanda çıxışları da nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakıda 1500-dən çox idmançı qüvvəsini sınayacaq - Beynəlxalq turnir
Karate üzrə beynəlxalq turnir başa çatdı - FOTO
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər