reklam
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir
Sportfm.az xəbər saytı

Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir


Bakıda keçirilən Fuad Cəfərov Memorialı çərçivəsində beynəlxalq Masters turniri başlanılıb. Turnirdə 22 şahmatçı, o cümlədən 7 qrossmeyster iştirak edir.

Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycan şahmatçıları ilə yanaşı, Gürcüstan, İran və Rusiya təmsilçiləri də mübarizə aparırlar.

Memorial çərçivəsində 5 turnir keçirilir. FIDE beynəlxalq normalı turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Vaxta nəzarət: 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.

Open-turnirdə 139 şahmatçı İsveçrə sistemi üzrə 7 turda mübarizə aparır. Vaxta nəzarət: 90 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.

2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı 58 şahmatçının iştirak etdiyi uşaq turniri İsveçrə sistemi üzrə keçirilir və 7 turdan ibarətdir. Vaxta nəzarət: 60 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə.

“Sürətli şahmat” yarışında 40 şahmatçı iştirak edir. Vaxta nəzarət: 10 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 5 saniyə. Blits-turnirdə 33 komanda iştirak edir. Vaxta nəzarət: 3 dəqiqə + birinci gedişdən başlayaraq hər gediş üçün 2 saniyə.

Fuad Cəfərov Memorialı Respublika Şahmat Mərkəzində keçirilir.

Oxşar xəbərlər

“İpək Yolu Kuboku” turniri start götürür
Azərbaycan kuboku internet üzərindən keçirilir
Azərbaycan nümayəndəsi Men adasında liderdir
Azərbaycanlı qız ölkəmizi Rusiyada təmsil edəcək
Slovakiyada qadın şahmatçılar arasında Avropa birinciliyi start götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər