reklam
Sportfm.az xəbər saytı

"İnəklərin gəzdiyi Qəbələ"dən "Abe Lenstra"ya yollandı -FOTO


Qış fasiləsində “Qəbələ”dən ayrılan müdafiəçi Deyv Bultuisin yeni klubu bəlli olub.

Sportfm.az xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını vətənində - Hollandiyada davam etdirəcək. O, Erediviziya təmsilçisi “Herenven”lə anlaşıb. Yerli mətbuatda yer alan məlumata görə, müdafiəçi klubla 2,5 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Bultuis “Qəbələ”yə ötən ilin yayında, Almaniya 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”dən keçmişdi. Müdafiəçi “qırmızı-qaralar”ın heyətində 4-ü Premyer Liqa, 4-ü isə Avropa Liqasında olmaqla, cəmi 8 oyun keçirmişdi. Futbolçu "Qəbələ"də oynayarkən öz ölkəsinin mətbuatına verdiyi müsahibəsində fantastik təklifə görə Azərbaycanda oynamağa razı olduğunu, rayon mərkəzinin küçələrində inəklərin gəzdiyini söyləmişdi. 

Oxşar xəbərlər

"Qəbələ" yeni transferini açıqladı
"Sumqayıt"dan ayrılan futbolçu "Qəbələ"də
Təmkin Xəlilzadə "Sabah"ın formasında - FOTO
"Qəbələ"dən ayrılıb "Zarya"ya getdi
“Yenidən diqqət mərkəzində olmaq istəyirəm”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər