Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Arda Turan keçmiş nazirin təklifini geri çevirdi
Türkiyənin sabiq daxili işlər naziri, "Qalatasaray" fanatı olan Mehmet Ağar Arda Turanla Fatih Terimi barışdırmağa çalışıb.
Sportfm.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, Mehmet Ağar Yeni ildən öncə Arda Turanla axşam yeməyində görüşüb. Sabiq nazir futbolçuya "Sənin "Qalatasaray"a, "Qalatasaray"ın sənə ehtiyacı var. Gəl Fatih hocadan üzr istə, küskünlüka bitsin" deyib.
Lakin Arda Turan onun bu xahişini yerinə yetirməyib. "Barselona"lı futbolçunun keçmiş nazirə cavabı belə olub: "Bu məsələ artıq qapanıb. Mən Fatih Terimlə çalışmaram".
Oxşar xəbərlər
Arda Turan "Qalatasaray"a qayıdır
Fatih Terimlə "Qalatasaray" prezidenti arasında gərginlik - Arda transferi baş tutmadı
Arda Turan "yuvaya dönür" - İddia
Arda Turan transferi ilə bağlı "Qalatasaray"dan rəsmi açıqlama
Fatih Terimlə Arda necə barışıb?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası