Türkiyə yığmasının sabiq üzvü Azərbaycana gəlməkdən imtina etdi -EKSKLÜZİV
Futbol üzrə Türkiyə yığmasının şərəfini qorumuş Ahmet Dereli Azərbaycandan transfer təklifi alıb.
Sportfm.az saytına daxil olan məlumata görə, hazırda Türkiyə Birinci Liqasında mübarizə aparan “Adanaspor”un şərəfini qoruyan hücumçu Azərbaycan Premyer Liqasının klublarının birində baxışdan keçmək üçün dəvət olunub. Məsələ ilə bağlı saytımıza danışan 25 yaşlı futbolçu xəbəri təsdiqləyib:”Bəli, Azərbaycandan təklif almışam. Klubun adını söyləmək istəmirəm. Onlar məni baxışdan keçmək üçün dəvət etdilər. Mən isə buna razı olmadım. Yalnız onu deyə bilərəm ki, onlar məni Antalyada keçiriləcək təlim-məşq toplanışına dəvət edəcəkdi”.
Qeyd edək ki, Almaniyada dünyaya gələn Ahmet Dereli Türkiyənin 21 yaşlılarından ibarət yığma komandasının şərəfini qoruyub.
Oxşar xəbərlər
Azərbaycan millisindən imtina edən futbolçu: "Buna görə peşman deyiləm"
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"
Türkiyə millisindən imtina edən gənc nəhəng klubların transfer siyahısında
Yığmalarımızın şərəfini qoruyan idmançılar nişanlandı - FOTO
Yığmamıza daha bir futbolçu dəvət olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası