reklam
Ulduz futbolçuların formalarını satan dələduz 1 milyon funt qazandı -
Sportfm.az xəbər saytı

Ulduz futbolçuların formalarını satan dələduz 1 milyon funt qazandı -Runi onu ifşa etdi


“Everton”un futbolçusu Ueyn Runi dələduzun ifşa olunmasına yardım edib. 
Sportfm.az saytı xəbər verir ki, Devid Renn adlı dələduz dünya futbolunun ulduzlarının imzalarını saxtalaşdıraraq, onların formalarının üzərinə çəkir və satırmış.
O, indiyə qədər Lionell Messinin 200, Ronaldonun 272, Stiven Cerrardın 335, Ueyn Runinin 220 belə formasını satıb. 46 yaşlı dələduz 9 il ərzində 4500 insanı aldadıb. O, saxta imzalı formaların satışından 1 milyon funt qazanıb. Bu məbləğdən isə vergi ödəməyib. Artıq Devid məhkəmə qarşısına çıxarılıb. Ueyn Runi isə istintaq zamanı ekspertiza əməkdaşlarına yardım edib və Devidin onun imzasını həqiqətən də saxtalaşdırdığını sübuta yetirib.
Məsələ ilə bağlı məhkəmə hökmü fevral ayında çıxarılacaq.

Oxşar xəbərlər

Ueyn Runinin yeni iş yeri - RƏSMİ
"Səbail"in futbolçusu Ueyn Runi ilə bir siyahıda
Runi də ora köçdü
İngiltərənin ən məhsuldar futbolçusu rəngsaz rolunda!
Ueyn Runi bir daha İngiltərə yığmasında çıxış etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər