reklam
Yaponiya klubunun futzalçısı millimizin hazırlıq prosesinə qoşuldu
Sportfm.az xəbər saytı

Yaponiya klubunun futzalçısı millimizin hazırlıq prosesinə qoşuldu


Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub.

Sportfm.az xəbər verir ki, karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək vətəninə baş çəkən futzalçı Olimpik Starda keçiriləcək məşqə qoşulacaq.

Xatırladaq ki, ötən ilin aprel ayrında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edən Fineo dekabrda İranda təşkil edilən beynəlxalq turnirə dəvət edilməmişdi. Yaponiya ilə məsafənin uzaq və saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərəcəyini bildirmişdi.

Oxşar xəbərlər

Azərbaycan yığmasının üzvü Super Liqa klubu ilə anlaşdı
Daha bir futzalçı millimizə qoşuldu
Serbiya klubunun üzvü millimizə qoşuldu
Azərbaycanın futzal millisi Avropa çempionatına Bakıda hazırlaşacaq
Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər