Gənc cüdoçular başladı -Bakı birinciliyində 32 klub iştirak edir
Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günü qızlar arasında bütün çəki dərəcələrində (44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək.
Oğlanların mübarizəsində isə 55 kq, 66 kq və 81 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, sabah Bakı şəhər açıq birinciliyində oğlanların yarışında 60 kq, 73 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində cüdoçular qüvvəsini sınayacaqlar.
Oxşar xəbərlər
Ustalıqlarını Hövsanda nümayiş etdirəcəklər
Azərbaycan birinciliyində ilk günün qalibləri müəyyənləşdi - FOTO
Cüdo üzrə açıq Bakı çempionatına start verildi
Bakı çempionatına start verildi
Bakı birinciliyinin ilk gününə yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası