Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ayub Rotterdam klubunda çıxış edəcək
“Utrext” futbol klubunun yarımmüdafiəçisi Yassin Ayub yayda azad agent statusunda “Feyenoord”a keçəcək.
Sportfm.az xəbər verir ki, 23 yaşlı futbolçunun “Utrext” ilə müqaviləsi cari ilin iyununda başa çatacaq. Buna görə də, futbolçu qışdan özünə yeni komanda axtarıb.
Rotterdam klubu ilə imzalanmış yeni müqavilə dörd il müddətinə nəzərdə tutulub və iyulun 1-dən qüvvəyə minəcək. Yassin Ayub “Utrext”in heyətində 155 oyunda meydana çıxıb.
Qeyd edək ki, Ayub Mərakeş yığmasının heyətində Rusiyada təşkil olunacaq dünya çempionatında iştirak edə bilər.
Oxşar xəbərlər
"Səbail" Ayub Masikanı göndərdi
“Neftçi” Kilanı heyətinə qatdı - RƏSMİ
Söyüncü İspaniya klubu ilə razılaşdı
Zinedin türkiyə klubunda - FOTO
"Qəbələ"də üç yeni müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası