reklam
Sportfm.az xəbər saytı

"Sabah"da legioner futbolçu -FOTO


"Sabah" Futbol Klubu qış fasiləsində heyətini daha 4 futbolçu ilə gücləndirib. 

Sportfm.az xəbər verir ki, son klubu "Xəzər" olan Əmrah Əliyev cari mövsümün sonuna kimi “Sabah”ın şərəfini qoruyacaq. Ampluaca müdafiəçi olan Əmrah, peşəkar karyerası ərzində "Neftçi", AZAL klublarında da forma geyinib.

Yarımmüdafiəçi Emin Mehdiyev isə mövsümün sonuna kimi icarə əsasında "Sabah"da çıxış edəcək. Müqavilə ilə "Səbail"ə məxsus olan, vaxitlə U-21 millimizə də dəvət alan futbolçu "Neftçi", "Sumqayıt" və "Zaqatala" klublarında çıxış edib.

Cari mövsümün ilk yarısını "Qaradağ Lökbatan" klubunda çıxış edən Emin Mirzəliyev də “Sabah”la mövsümün sonuna kimi müqavilə imzalayıb. Ampluaca dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Emin peşəkar karyerası ərzində "Turan" və "Neftçala" klublarında da forma geyinib.

“Sabah”ın heyətinə qatdığı daha bir futbolçu isə iranlı hücumçu Şahin Baleljaeedi. Şahin peşəkar karyerası ərzində "Melevan" (İran), "Perspolis" (İran), "Şuşa", "Şəmkir", "İnter" (hazırki "Keşlə") və "Xəzər" klubunda çıxış edib.

 

Oxşar xəbərlər

Millinin üzvü “Sabah”da - Transfer
"Sabah"dan yeni transfer - Mövsümün sonuna qədər
Təmkin Xəlilzadə "Sabah"ın formasında - FOTO
"Sabah"dan daha bir transfer - FOTO
Yığmamızın qapıçısı "Sabah"da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər