reklam
Antalyada azərbaycanlı hakimlərin idarə etdikləri oyunda kütləvi dava
Sportfm.az xəbər saytı

Antalyada azərbaycanlı hakimlərin idarə etdikləri oyunda kütləvi dava


Türkiyənin Antalya bölgəsində azərbaycanlı hakimlərin idarə etdikləri "Olimpik" (Donetsk, Ukrayna) - "Korona" (Polşa) oyununda insident baş verib.

Sportfm.az xəbər verir ki, futbolçuların kobud oyunu 45+1-ci dəqiqədə kütləvi davaya səbəb olub. Nəticədə matçın referisi Nail Nağıyev polşalıların heyətində Marçin Tsebula və Radek Deymekə qırmızı vərəqə göstərib. Lakin baş hakim köməkçiləri Yaşar Abbasov və Elşad Abdullayevlə məsləhətləşdikdən sonra sonuncunun "qırmızı"sını sarı vərəqə ilə əvəzləyib.

Fasilədə hər iki komandanın baş məşqçiləri azərbaycanlı hakimlərdən görüşə 11 nəfərlər davam etməyi xahiş ediblər. Onların istəyi təmin olunub. Belədə Tsebulanın əvəzinə meydana başqa bir futbolçu çıxıb.

İlk hissənin əvvəlində isə Donetsk təmsilçinin futbolçusu Zurab Oçiqava rəqib oyunçu Oliver Petraka qarşı kobud oyuna görə qovulub. Lakin yenə meydanda balans pozulmayıb. Sadəcə, onun əvəzinə meydana komanda yoldaşı çıxıb. İkinci hissənin sonrakı bölümlərində də zaman-zaman ehtiraslar coşub. Lakin referi daha heç kimi meydandan qovmayıb. Görüş isə tərəflərin səylərinə rəğmən, qolsuz yekunlaşıb.

Qeyd edək ki, azərbaycanlı hakimlərin yanvarın 20-dən Türkiyənin Antalya bölgəsində başlanan təlim-məşq toplanışı fevralın 3-dək davam edəcək.(report.az)

Oxşar xəbərlər

Azərbaycanlı hakimlərin Antalya toplanışının vaxtı bilindi
Murad Musayev niyə qovulub? - Səbəb
PSJ - "Marsel" matçında kütləvi dava baş verdi - Neymar qovuldu
Yenə Azərbaycan klubu, yenə dava - FOTO
Azərbaycanlı hakimlər “Şaxtyor”un oyununu idarə etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər