reklam
Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər
Sportfm.az xəbər saytı

Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər


Böyüklərdən ibarət karate üzrə milli komandamız 2018-ci il yarış mövsümünə start verir.

Sportfm.az xəbər verir ki, kişi və qadın karateçilər yanvar 26-28-də Fransanın paytaxtı Parisdə “Karate-1 Premyer Liqa” turnirində iştirak edəcəklər.

AMKF-nin prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident Fərid Əsgərov və baş katib Mirhəsən Seyidov Fransaya yola düşən heyətin tərkibindədir.

Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu liqa yarışında 15 karateçimiz mübarizə aparacaq. Federasiyanın baş hakimi və beynəlxalq hakim Cahangir Babayev, milli komandanın məşqçiləri Vahid Ayvazov, Qurban Tağıyev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev bəzi çəkilərdə iki idmançını sınaqdan keçirməyə üstünlük verib.

Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov (hər ikisi 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (67 kq-dan yuxarı) medal qazanmaqla bərabər, dünya reytinq xallarını artırmağa çalışacaqlar.

Oxşar xəbərlər

Karateçilərimiz beynəlxalq turnirdə mübarizə aparacaqlar - Birillik fasilədən sonra
İdmançılarımız Premyer Liqa turnirində iştirak edəcəklər
Karateçilərimiz güclərini "Paris Open" turnirində sınayacaqlar
Millimiz İstanbulda Karate-1 Premyer Liqa turnirində iştirak edəcək
Dubayda ölkəmizi neçə karateçi təmsil edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər