reklam
İtaliya klubu heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir
Sportfm.az xəbər saytı

İtaliya klubu heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir


İtaliya Seriya A komandalarından "Roma" heyətinə 3-cü türk futbolçunu qatmağa hazırlaşır.

Sportfm.az xəbər verir ki, "canavarlar", ilk olaraq, "Başakşəhər"in gənc oyunçusu Cengiz Ündəri daha sonra isə "Brondi"də forma geyən Rezan Çorlunu transfer etmişdi.

İtaliya mətbuatı Seriya A təmsilçisi Emerson Palmierinin "Çelsi"yə keçə biləcəyi ehtimalını göz önünə gətirərək müdafiənin soluna alternativ futbolçu axtarır.

"Roma"nın budəfəki hədəfinin isə "Antalyaspor"da forma geyinən Sakıb Aytaç olduğu deyilib.

Əgər keçid reallaşarsa, bu, "canavarlar"ın heyətinə cəlb edəcəyi 3-cü türk futbolçu olacaq.

Qeyd edək ki, Aytaç bu mövsümdə "Antalyaspor" forması ilə 16 matçda 3 məhsuldar ötürmə edib. 

Oxşar xəbərlər

Cengiz Ünderin qiyməti açıqlandı - 40 milyon avro
"Roma" daha bir türk futbolçunu transfer edir
Türk futbolçu İtaliya klubunun formalarını tanıtdı - FOTO
19 yaşlı türk futbolçu A Seriyasında
"Milan" İngiltərədən futbolçu alır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər