reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" sınaq matçında qalib gəldi


Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində ilk sınaq matçına çıxıblar.

Birinci mərhələdə Türkiyənin “Akhisar Bələdiyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1) klubları ilə görüşən Roman Qriqorçukun komandası bu dəfə Makedoniyanın “Rabotniçki” klubu ilə üz-üzə gəlib.

Oyunda hesabı makedoniyalılar açıb. Serjio fərqlənib. İlk hissənin son dəqiqəsində Asif Məmmədov status-kvonu bərpa edib.

Fasilədən sonra Baqali Dabo da fərqlənib və komandasını önə keçirib. Matç elə bu hesabla da başa çatıb.

Yoxlama oyunu

24 yanvar

“Qəbələ” (Azərbaycan) – “Rabotniçki” (Makedoniya) - 2:1

Qollar: Asif Məmmədov, 45, Dabo, 54 - Serjio, 39

Qloriya məşq meydançaları

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 28. Stiven Monroz, 19. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov 

Oxşar xəbərlər

"Qəbələ" Makedoniya klubunu sınağa çəkəcək
"Qəbələ" İsveçrə klubu ilə bacarmadı
"Qəbələ" İsveçrənin ən titullu klubu ilə qarşılaşacaq
Ozobiç "Qəbələ"ni məğlubiyyətdən qurtardı - FOTO
Hüseynov "Qəbələ"yə qələbə qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər