reklam
Hacı Əliyevin uğusuz çıxışına yerli məşqçilərin yanında olmaması səbəb olub
Sportfm.az xəbər saytı

Hacı Əliyevin uğusuz çıxışına yerli məşqçilərin yanında olmaması səbəb olub


Sərbəst güləş üzrə azərbaycan yımasının baş məşqçisi Firdovsi Umudov bu gün jurnalistlər üçün təşkil edilən brifinqdə üçqat dünya çempionu Hacı Əliyevin Hisdistandakı çıxışına da toxunub.
Sportfm.az saytı xəbər verir ki, Güləş Federasiyasının vitse-prezidenti bildirib ki, Asiya ölkəsində öz çəkisində çıxış etməyən Əliyevin Romanov və Bekbulatova məhz bu amilə görə məğlub olub:"Bilirsiniz ki, Hacı Əliyev 61 kq çəkidə mübarizə aparır, Hindistanda isə o 65 kq-da güləşməli oldu. Ola bilər ki, orda bizim məşqçilərin olmaması da nəticələrə təsir edib. Həmçinin, rusiyalı güləşçilərlə mübarizədə hakim səhvləri olduğunu deməliyəm". 
Qeyd edək ki, 2 sərbəst güləşçimiz yanvarın 9-da start götürən Hindistan Liqasında mübarizə aparıb. Bunlar 3 qat dünya çempionu Hacı Əliyevlə dünya çempionatının mükafatçısı Aslanbek Alborovdur. 65 kq çəki dərəcəsində yarışan Əliyev 36 min dollarlıq müqaviləyə imza atıb. 92 kq çəkidəki Alborovun anlaşmasının dəyəri isə 28 min dollardır. Onlar ayrı-ayrı klubların heyətində çıxış edib.  

Oxşar xəbərlər

Prezidentlə Hacı Əliyevin dialoqu - VİDEO
Hacı Əliyevin növbəti uğursuzluğu
İdmana və insanlığa Hacı Əliyev örnəyi - VİDEO
Millimizin üzvləri Hindistan klubları ilə müqavilə bağladı
Firdovsi Umudov və Hacı Əliyev "Kişi klubu"nda - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər