reklam
Sportfm.az xəbər saytı

"Əlincə"nin başqanı baza məsələsinə nöqtə qoydu -Satılmır


"Əlincə Arena"nı satmaq fikrimiz yoxdu". 
Sportfm.az xəbər verir ki, bunu "Əlincə" klubunun prezidenti Elşad Kəlbəliyev stadionun "Qəbələ" klubuna satılması barədə mətbuatda yayılan xəbərlərlə bağlı açıqlamasında bildirib.
E.Kəlbəliyevin sözlərinə görə, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Bununla bağlı qarşı tərəfdən təklif almışdıq. Lakin onlara stadionu satmaq fikrində olmadığımızı bildirdik, bununla da məsələ qapandı.
Bizim gənc futbolçuların inkişafı istiqamətində böyük planlarımız var. Bu gün Azərbaycanın U-19 millisində çıxış edən 8 futbolçu məhz "Əlincə" klubunda, bu bazada yetişib. Yenə də bu yöndə işlərimizi davam etdiririk. Bazamızda 3 yaş qrupu üzrə komanda məşq edir. Növbəti mövsümdən komandaların sayı daha da artacaq. Klub yarandığı gündən əsas hədəf akademiyamızın yetirmələri ilə Premyer Liqada iştirak etmək olub. Müəyyən çətinliklərimiz olsa da, bu hədəfə doğru gedirik. İşlərimiz qaydasında getsə, növbəti mövsümdən birinci divizionda da komanda ilə təmsil olunacağıq".(sportlife.az)

 

Oxşar xəbərlər

Klub prezidenti 4 nəfərin ölümünə səbəb oldu - Hadisə
"Qarabağ"dan "Adidas"la bağlı açıqlama - Xəbərlər həqiqəti əks etdirmir
"Sabah" "Əlincə Arena"da - FOTO
Arif Əsədov yenə işsiz qalacaq? - Klubu bəyənat yaydı
"Əlincə" Gürcüstan klubu ilə qarşılaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər