Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gözlənilən transfer rəsmiləşdi -Vaqner Lav rəsmən “Beşiktaş”da
Türkiyə çempionu “Beşiktaş” çoxdan gözlənilən transferi reallaşdırıb.
Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı hücumçu Vaqner Lavı sıralarına qatıb. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2,5 illik müqaviləyə imza atıblar.
“Alanyaspor”dan transfer edilən 33 yaşlı forvard Türkiyədə 2016-cı ildən çıxış edir. Lav Alanya klubuna “Monako”dan transfer edilmişdi. O, karyerası ərzində “Palmeyras”, ÇSKA (Moskva), “Flamenqo”, “Korintians” klublarında da çıxış edib.
Vaqner Braziliya yığmasında 20 oyun keçirib, 4 qola imza atıb.
Oxşar xəbərlər
Məhəmmədin yerinə Haris - Keçid
“Trabzonspor”da Braziliyalı futbolçu - 4 illik müqavilə
Super Liqa klubu iki transferi birdən etdi
"Başakşəhər"dən vacib transfer - Berkay klubda qaldı
Vaqner Lavın yeni klubu məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası