Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz” "Daçiya"ya qalib gəldi - VİDEO
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmaları keçirilib. Sportfm.az saytının məlumatına görə, təmsilçimiz "Kəpəz” "Daçiya” səfərinə yollanıb. İlk oyunda öz meydanında rəqibi ilə qolsuz bərabərliyə razılaşmış gəncəlilər səfər matçında qələbəyə seviniblər. Şahin Diniyevin yetirmələri ikinci hissənin əvvəlində Dario Federikonun vurduğu qolla hesabı açıblar. Matçın sonuna qədər başqa qol olmayıb və "Kəpəz" səfər qələbəsi ilə növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, 16 il sonra Avrokuboklarda yenidən çıxış edən Gəncə təmsilçisi dönüşünü mərhələ adlamaqla qeyd edib.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
"Daçiya” (Moldova) – "Kəpəz” (Azərbaycan) 0:1
Qol: Dario, 57
"Daçiya”: 12. Dmitriu Seleadnik, 2. Andrey Slinkin, 4. Semion Bulqaru (k), 5. Vyaçeslav Posmak, 10. Aleksandru Bejan, 11. Denis Kojanov, 15. Sapol Mani, 17. Yevgeni Kosiyuk, 19. Maksim Qavrilenko, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşçuk.
Ehtiyat oyunçular: 16. Dorian Raylean, 7. Rinar Valeyev, 9. İqor Buqayev, 6. Medzit Neziri, 25. Andrey Buqneaç, 27. Vasil Yardan, 29. Yaser Turkan.
Baş məşqçi: Oleq Bejenar
"Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev, 36. Renan da Silva, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 77. Serjinyo, 10. Dario Frederiko, 17. Nicat Qurbanov, 90. Jülien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 6. Ceyhun Cavadov, 9. Tural Qurbanov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya (Moldova). "Speya” stadionu
İlk oyun – 0:0
Oxşar xəbərlər
"Kəpəz" qələbə qazandı - Yenilənib
Vaqif Cavadov 90-da vurdu
Avropa Liqası: “Kəpəz” mübarizəni dayandırdı - VİDEO
Avropa Liqası: "Admira" - “Kəpəz” 1:0 - VİDEO
"Kəpəz" "Daçiya"ya ilə sülh bağladı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası