Bakıda Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar Forum keçirildi
Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Formula-1 yarışlarının Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə Davos formatında Forum keçirilib.
Sportfm.az xəbər verir ki, Forumda gənclər və idman naziri Azad Rəhimov, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, təhsil nazirinin müavini Firudin Qurbanov, “BP-Azerbaijan” şirkətinin insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova və digərləri iştirak edirlər.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra Formula-1 könüllülərinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Nazir Azad Rəhimov çıxışında ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı idman tədbirlərindən danışıb, bütün bu tədbirlərdə könüllülərin fəaliyyətini yüksək qiymətləndirib.
Səfir Robert Sekuta Azərbaycanda könüllülüyün əhəmiyyətini yüksək vurğulayıb, ölkəmizdə bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. (azertag.az)
Oxşar xəbərlər
Bakıda veloyürüş keçirildi
Formula 1 Azərbaycan Qran Prisi 10 min iş yeri açır!
Rəhimov komanda rəhbərləri ilə görüşdü
Nazir bu il Azərbaycanın ev sahibliyi edəcəyi yarışlardan danışdı
Bakıda Ümumdünya Boks Şurasının 55-ci Konvensiyasının açılışı oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası