Həndbolçularımız İsveç klubuna məğlub oldu
Azərbaycanın qadın həndbolçulardan ibarət “Azəryol” komandası "Çağırış Kuboku” uğrunda keçirilən yarışların dörddəbir final mərhələsi çərçivəsində ilk oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, İsveçin “Kristianstad” kollektivi ilə qarşılaşan həndbolçularımız meydanı 30:23 hesablı məğlubiyyətlə tərk ediblər.
Xatırladaq ki, matçı ukraynalı hakimlər Marina Dupli və Olena Kaverina idarə ediblər. Avropa Həndbol Federasiyasını (EHF) təmsilçisi isə türkiyəli Kənan Gökmən olub.
Komandalar arasında dörddəbir final mərhələsi uğrunda növbəti oyun fevralın 3-də əvvəlcədən razılaşdırıldığı kimi Bakıda keçiriləcək.
Qeyd edək ki, qonaqlar Bakıda keçirilən ilk qarşılaşmada nominal ev sahibi kimi çıxış ediblər.
Oxşar xəbərlər
Həndbolçularımız Avropa kuboku uğrunda ilk oyununu keçiridi
Komandalarımızın avrokubok yarışlarındakı rəqibləri məlum oldu
“AEK Athens”-“Berçem” həndbol oyununu azərbaycanlı hakimlər idarə edəcəklər
“Azəryol”-“Kristianstad” oyununu ukraynalı hakimlər idarə edəcəklər
“Azəryol” qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası