“Qəbələ” klubu Gürcüstan təmsilçisi ilə qarşılaşdı
“Qəbələ” futbol klubunun əvəzedici komandası Gürcüstan toplanışında növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Tbilisidəki hazırlıq çərçivəsində keçirdiyi ilk iki oyunda yerli “VİT-Corciya” (0:2) və “Saburtalo”nun əvəzedici komandası (1:0) ilə görüşən “qırmızı-qaralar” daha bir paytaxt təmsilçisi isə üz-üzə gəliblər. Komandamız “Lokomotiv”in əvəzediciləri ilə görüşüb. Qarşılaşmada 1 qol vurulub. Matçın 4-cü dəqiqəsində erkən qola sevinən meydan sahibləri minimal hesabla qalib gəliblər – 1:0. Buraxılan topdan sonra üstünlüyü ələ alan “Qəbələ” çoxsaylı qol imkanları əldə etsə də, rəqib qapısına yol tapa bilməyib.
Yanvarın 26-da start götürən təlim-məşq toplanışını başa vuran əvəzedicilər Vətənə dönüblər.
Əvəzedicilər 2017-2018-ci il mövsümünün ikinci yarısının hazırlığını fevralın 5-də Qəbələdə bərpa edəcəklər.
Oxşar xəbərlər
“Qəbələ” klubu Türkiyə toplanışını başa vurdu
"Qəbələ" gürcüləri məğlub etdi
Mütəllimov qol vurdu, "Qəbələ" qalib gəldi
“Qəbələ”-“Şüvəlan” oyununda hesab açılmadı
“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Turan Tovuz" - "Fənərbaxça" matçına 25 min bilet satıldı
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı















Misli Premyer Liqası