Mübariz İbrahimovun xatirəsinə həsr edilən turnir başa çatdı -FOTOLAR
“İnter Arena”nın ərazisində yerləşən meydançalardan birində Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun xatirəsinə həsr edilən futbol turnirinə yekun vurulub.
Sportfm.az saytı xəbər verir ki, A və B qruplarında, 2010-cu il təvəllüdlü futbolçuların çıxış etdiyi turnir yanvarın 30-da start götürüb. İlk oyun günündə A qrupunda yer alan komandalar – “Keşlə”FK, “Fener” futzal-məktəbi və “Mübariz” FK-nın mübarizəsində sonuncular iki qələbə ilə qrup qalibi olaraq, finala adlayıb. B qrupunda yer alan “Dortmund Bakı”, “Qarabağ” və “Fənərbaxça” komandaları arasında Ağdam klubunun kiçikyaşlı futbolçuları finala vəsiqə qazanıb. "Mübariz" və "Qarabağ" arasında baş tutan final matçında birincilər rəqibini 4-2 hesabı ilə məğlub edərək, ilk dəfə keçirilən xatirə turnirinin qalibi adını qazanıb. Final matçından sonra keçirilən mükafatlandırma mərasimində çıxış edənlər belə turnirlərin keçirilməsinin əhəmiyətindən, kiçikyaşlı uşaqlara vətən sevgisinin aşılanmasından, futbolun kütləviliyinin təbliğ edilməsindən danışıblar. Turnirin təşkilatçısı, “Mübariz” FK-nın təsisçisi Elçin Fəttayev çıxışında yarışda iştirak edən komandalara təşəkkürünü bildirib. O qeyd edib ki, belə turnirlərdə uşaqlar təkcə asudə vaxtlarını futbol oynamaqla keçirmir, həm də öz xalqının qəhrəmanını tanıyır. E.Fəttayev Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğunu, onun yerinə isə hər gün yüzlərlə yeni Mübarizlərin dünyaya gəldiyini vurğulayıb. Natiqlərin çıxışından sonra isə komandaların heyətində "ən yaxşılar" seçilib. "Qarabağ"ın heyətində Əli Quliyev, "Keşlə"də Orxan Mirzəyev, "Mübariz" FK-da Rəsul Balakişiyev, "Fener" FK-da Əkbər Nağıyev, "Dortmund Bakı"da Şikar Şikar bu ada layiq görülüb. Turnirin təşkilatçıları bütün iştirakçıları, məşqçilər kubok, medal və diplomlarla təltif edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli Sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ömrünün 22-ci baharında şəhidlik zirvəsinə ucalan gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.


Oxşar xəbərlər
Şəhidin xatirəsinə həsr edilən turnir başa çatdı - FOTOLAR
Derbidə Mübariz İbrahimovun doğum günü qeyd olundu - FOTO
"Əsas məqsədimiz klublarımız üçün uşaq yetişdirməkdir" - VİDEO
Azərbaycanlı Xosep Qvardiola - ÖZƏL VİDEO
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilən futbol turniri start götürdü - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









.jpg)





Misli Premyer Liqası