"Gərək, futbolçumuzu öldürsünlər ki, penalti verilsin" -Baş məşqçidən etiraz
Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone "Valensiya"ya 1:0 hesabı ilə qalib gəldikləri İspaniya La Liqasının XXII tur matçından sonra hakimlərdən narazılıq edib.
Sportfm.az xəbər verir ki, argentinalı mütəxəssis oyun zamanı aşkar penaltinin təyin olunmadığını söyləyib.
"Baxaq, görək gözəl günlərin birində öz lehimizə penalti qazana biləcəyikmi? "Valensiya" ilə oyun zamanı Qodinin epizodunda penalti təyin olunmursa, deməli, futbolçumuzu öldürməlidirlər ki, referi "ağ nöqtə"ni göstərsin" - Simeone bildirib.
Qeyd edək ki, Dieqo Qodin "Valensiya"nın cərimə meydançasında top uğrunda mübarizə apardığı vaxt bir neçə dişindən məhrum olub. Lakin baş hakim penalti təyin etməyib.(report.az)
Oxşar xəbərlər
Simeone 500-ə çatdı - La Liqa
"Hər iki epizodda penalti təyin olunmalı idi" - Frits Ştuxlik
20 tur, 19 penalti və 16 qol - STATİSTİKA
"Top əlimə dəymişdi, penalti var idi" - Marselo
Cüneyt Çakır Azərbaycan - Makedoniya oyununu müzakirə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası