reklam
Rusiya hakimliklə bağlı UEFA prezidentinə şikayət etdi
Sportfm.az xəbər saytı

Rusiya hakimliklə bağlı UEFA prezidentinə şikayət etdi


Sloveniyada futzal üzrə 2018-ci il Avropa çempionatı başa çatsa da, turnir ətrafında müzakirələr davam edir.

Sportfm.az xəbər verir ki, çempionatın yarımfinal mərhələsində Portuqaliyaya 2:3 uduzan Rusiya hakimlikdən narazıdır. Oyunun sonunda portuqallar 2 dəfə qaydanı pozsa da, hakim fol qeydə almamışdı. Bu baş versəydi, cərimə limitini dolduran (6 fol) pireneylilərin qapısına penalti təyin olunacaqdı.

"Oxşar forumları qaydaya salmaq üçün birbaşa UEFA preziddentinə şikayət edəcəyik. Aleksandr Alayev (Rusiya Futbol İttifaqının müvəqqəti prezidenti) UEFA-nın futzal və çimərlik futboluüzrə Komitəsinə rəhbərlik edir. Aleksander Çeferinin özü də həmin oyunu izləmiş və hər şeyi özü görmüşdü. Ümumilikdə Lyublyanada keçirilən çempionat əla təşkil olunmuşdu. Buna görə onlara təşəkkür düşür" - Rusiya mini-futbol Assosasiyasının prezidenti Emil Əliyev deyib.

Qeyd edək ki, çempionatın 1/4 finalında millimizi 8:1 məğlub edən Portuqaliya finalda İspaniyaya qalib gəlməklə qitənin ən gücülsü olub. Rusiya turnirdə 3-cü yeri tutub.

Oxşar xəbərlər

Rusiya Futbol İttifaqında yeni prezident
Futzal AÇ-2018: Rusiya bürünc medal qazandı
Futzal üzrə AÇ-2018: Portuqaliya finalda
Futzal üzrə AÇ-2018: Millimiz Rusiyanın rəqibi ola bilər
Futzal üzrə AÇ-2018: Rusiya 1/4 finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər