Azərbaycan Premyer Liqasında azarkeşlərin sayı bəlli oldu
Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.
Sportfm.az xəbər verir ki, dünən yeni ilin ilk - 15-ci turun oyunlarına yekun vurulub. Artıq bu turun oyunlarını stadiondan izləmiş azarkeş sayı da bəlli olub.
Ən çox azarkeş “Neftçi” - “Kəpəz” oyununda (1:0) qeydə alınıb. 8-ci km stadionunda keçirilmiş qarşılaşmanı 2000 tamaşaçı trubunalardan izləyib.
Turun antirekordu isə Zirədə reallaşıb. Cəmi 500 tamaşaçı “Zirə” və “Sumqayıt”ın qollu heç-heçəsinin (1:1) canlı şahidi olub.
Maraqlıdı ki, həftənin mərkəzi görüşü olan “Qarabağ” - “Qəbələ” oyunu (0:0) gözləniləndən daha az azarkeşin diqqətini cəlb edib. “Azərsun Arena”da keçirilən oyunu cəmi 1500 tamaşaçı tribunalardan izləyib.
“İnter Arena”da baş tutmuş “Keşlə” - “Səbail” matçında (1:1) da bu qədər (1500) azarkeş qeydə alınıb.
Ümumilikdə, yeni ilin ilk turunu cəmi 5500 azarkeş canlı izləyib ki, bu da, hər oyuna orta hesabla 1375 tamaşaçı deməkdi.
Oxşar xəbərlər
Sumqayıt yenə birincidir
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Kəpəz"in oyununda 1000, "Neftçi"də 4000 - FOTO
Azərbaycan Premyer Liqasında azarkeşlərin sayı bəlli oldu
Azərbaycan Premyer Liqasında daha bir antirekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası