Üzgüçülük üzrə “Qızıl balıq” açıq Bakı birinciliyinə yekun vuruldu
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Qızıl balıq” açıq Bakı birinciliyi keçirilib.
BŞGİBİ-dən Sportfm.az saytına bildiriblər ki, birincilikdə 174 idmançı birincilik uğrunda mübarizə aparıb.
Birincilikdə 50 metr məsafəyə arxasıüstə üsulla üzgüçülük yarışlarında qızlar arasında Valeriya Vaskovskaya, oğlanların mübarizəsində isə Rahib Hümbətzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əlli metr məsafəyə sərbəst üsulla yarışlarda Yelizaveta Boqatıryova, Əsgər Yaşar, 50 metr məsafəyə batterflay üsulla üzgüçülükdə Leyla Babayeva və Çingiz Fəttahov qızıl medal qazanıblar. Yüz metr məsafəyə sərbəst üsulla mübarizədə Nikol Matyuşenko, Oqtay Hüseynov, 100 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə Valeriya Vaskovskaya, Əsgər Yaşar, 50 metr məsafəyə brass üsulla yarışlarda V.Vaskovskaya və Beker Timur birinci olublar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Oxşar xəbərlər
İdmançımızdan dünya rekordu - UĞUR
Azərbaycan atletləri 13 idman növündə çıxış edəcək - İslamiada
Azərbaycanın iki para-atleti finala yüksəldi - Tokio-2020
İki idmançımızın uğursuz cəhdi - Tokio-2020
“Şən delfin” açıq Bakı yaz birinciliyinə yekun vuruldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası