“Renat Dadaşov heç bir perspektiv vəd etmir”
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun “Ayntraxt”da işləri yolunda getmir.
Sportfm.az xəbər verir ki, U-19 komandasında çıxış edən futbolçunun əsas heyətə keçmək şansı get-gedə azalır.
“Ayntraxt”ın aşağı yaş qruplarından ibarət komandalarındakı problemlərdən bəhs edən məqalədə klubun gələcəyinin heç də parlaq görünmədiyi vurğulanıb. Xüsusən də, əsas komanda üçün baza sayılan U-19-un hazırkı durumu ürəkaçan deyil.
Həmkarlarımız bu gedişlə Renat Dadaşov da içlərində olmaqla, bir neçə futbolçunun tezliklə “Ayntraxt”dan yola salınacağını düşünürlər: “Noel Knot, Nelson Mandela, Şahverdi Çətin, Renat Dadaşov və Deyi Beyreuter kimi gənc futbolçular peşəkar müqavilə bağlasalar da, yaxşı mövsüm keçirmirlər və inkişaf etmirlər. Bu, onlar üçün böyük problemdi. Çünki bu futbolçular gələn mövsüm üçün heç bir perspektiv vəd etmirlər. Onların əsas komandaya yüksəlmək və sıçrayış etmək şansları çox azdı. Artıq U-23 komandası olmadığından, onlar oyun praktikasından da əziyyət çəkəcəklər. Belədə adıçəkilən futbolçuların bir çıxış yolları qalır: “Ayntraxt”ı tərk etmək və oynaya biləcəkləri komandaya keçmək”.
Qeyd edək ki, ötən yay “Leypziq”dən “Ayntraxt”a keçən Renat Dadaşovun Frankfurt təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilə qədərdi. (apasport.az)
Oxşar xəbərlər
Renat Dadaşovun komandası həkimlərə maska payladı - FOTO
Renat Portuqaliyaya hansı şərtlərlə gedib? - Məlum oldu
Portuqaliyada daha bir azərbaycanlı futbolçu çıxış edəcək - FOTO
Murad "Ayntraxt"a 78 dəqiqə kömək etdi
Millimizin futbolçusu Almaniya klubunda intizamsızlığa yol verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası