reklam
Sportfm.az xəbər saytı

"Mən Azərbaycana futzal oynamaq üçün gəlmişəm" -Elyas Barati


Bu gün futzal üzrə Yüksək Liqada qış fasiləsi sona çatıb. Bakı İdman Sarayında keçirilən ilk oyunda lider "Araz" EKOL-un qapısından 3 cavabsız top keçirib. Günün ikinci matçında isə "Marafon" "İtaldizain"dan üstün olub. Qarşılaşma zamanı "Marafon"un formasında tribunada əyləşən iranlı futzalçı Elyas Baratinin meydana çıxmamasının səbəblərini öyrənməyə çalışdıq. Sportfm.az saytına danışan oyunçu əslində "İtaldizain"la görüşdə meydana çıxmalı olduğunu bildirib:"Mən bu gün "Marafon" forması ilə Azərbaycan çempionatında debüt edəcəyimi gözləyirdim. Komandanın məşqlərində var gücümlə çalışırdım. Ancaq qarşılaşmanın startından öncə məlum oldu ki, federasiya rəsmiləri mənim meydana çıxmağıma icazə vermir. Təbii ki, bu qərarla barışmalı oldum. Səbəbini isə klub rəhbərliyi araşdırır. "Marafon"da həmyerlilərim(Məcid Morovati, Kəsra Mehdipur, Omid Talebi) çıxış edir, mənim üçün burda çox rahatdır. İranda bu klub haqqında çox eşitmişdim. Mən Azərbaycana futzal oynamaq üçün gəlmişəm. Ümidvaram ki, problem tezliklə həllini tapacaq və mən növbəti həftə "Marafon" forması ilə meydanda yer alacam". 

Qeyd edək ki, bu gün baş tutan qarşılaşmada "Marafon"un yeganə qolunu iranlı Omid Talebi vurub. 

Oxşar xəbərlər

"Marafon" uduzdu, "İtaldizain" qalib gəldi
"Marafon" "Araz"a mövsümdə ilk məğlubiyyətini yaşatdı
Həmid və Vladislav meydana çıxa bilməyəcək
"Marafon" - EKOL 6:2 - TAM VİDEO
EKOL "Marafon" qarşısında tab gətirmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər