Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Daha bir azərbaycanlı futbolçu xaricə yollanır - VİDEO, FOTO
Uşaq futbolunun inkişafına diqqəti ilə seçilən "Əlincə" Futbol klubunun daha bir yetirməsi - Hüseyn Əhmədov 10 gün öncə Ukraynanın məşhur klublarından olan "Metallist"in düşərgəsinə baxışa yollanmışdı. Xarkov təmsilçisinin müvafiq yaş qrupunda yoxlanışdan keçən "Əlincə"nin 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü klubun məşqçiləri tərəfindən bəyənilib. Ötən mövsüm Azərbaycanın U-17 və U-16 milli komandalarına da çağırılan istedadlı futbolçumuz yaxın günlərdə "sarı-göylər"lə rəsmi müqavilə imzalayacaq. Xatırladaq ki, ötən il "Əlincə”nin daha 2 yetirməsi - Qara Qarayev İspaniyanın "Malaqa" , Turan Vəlizadə isə Tükiyənin "Fənərbağça" klublarında yoxlamadan uğurla keçmiş və komandalara dəvət almışdılar. Qarayev hazırda karyerasını ölkədə davam etdirsə də, Turan Vəlizadə indi də "Fənərbağça"nın U-16 komandasının uğurları üçün çalışır.
Oxşar xəbərlər
Millimizin sabiq üzvü "Araz-Naxçıvan"da - RƏSMİ
"Fənərbaxça"da oynayan futbolçu "Neftçi" ilə müqavilə bağladı
Futbol veteranlarımız "Əlincə"də meydana çıxdı - FOTO
Daha bir futbolçumuz vətənə geri döndü
Ukraynalı futbolçu Bakı klubu ilə üç illik müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası