reklam
Yeniyetmə və gənclər arasında güləş üzrə Azərbaycan çempionatına start verildi
Sportfm.az xəbər saytı

Yeniyetmə və gənclər arasında güləş üzrə Azərbaycan çempionatına start verildi


Fevralın 20-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, çempionatın keçirilməsi yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmə və gənclərdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Çempionatın ilk günündə yeniyetmə yunan-Roma güləşçiləri birincilik uğrunda mübarizə aparırlar.

Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarət olub. İlk mərhələdə Azərbaycan Güləş Federasiyasının regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib. Nümayəndəliklər üzrə keçirilən seçim yarışlarında, ümumilikdə 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb və ayrılmış saya uyğun olaraq Azərbaycan çempionatında iştiraka vəsiqələr qazanılıb.

Çempionatda ilk üç yeri tutacaq idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.

Yarışa fevralın 23-də yekun vurulacaq.

Oxşar xəbərlər

Güləşçilər arasında Azərbaycan çempionatına start verildi
Güləş üzrə Azərbaycan çempionatı nə vaxt keçiriləcək?
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək
Min nəfərdən artıq güləşçi zona yarışlarında
Güləşçilərin təsnifat yarışları keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər