Danışılmış oyunla bağlı mətbuat konfransı keçirildi -Faktlar üzə çıxdı
Futbol üzrə Türkiyə İkinci Liqasında oyun alış-verişi ilə bağlı böyük qalmaqal qopub.
Sportfm.az saytı xəbər verir ki, buna səbəb "Adıyaman 1954 Spor" ilə "62 Pertek Spor" arasında baş verən danışılmış oyundur. Hazırda birincilər turnir cədvəlində liderlər sırasında yer alır. Yerli mətbuatın bildirdiyinə görə, adıyamanlıların massajçısı Muammer Gönül "62 Pertek Spor"un qapıçısı Lokman Atakalı pulla almağa çalışıb. Rəqib tərəfin bu təklifini klub rəhbərliyinə çatdıran futbolçu ilə birlikdə mətbuat konfransı təşkil olunub. Tədbirdə "Adıyaman 1954 Spor"un nümayəndəsinin qokiperə yazdığı mesajlar nümayiş etdirilib. Bu hadisədən sonra adıyamanlılar massajçını işdən qovaraq, bu məsələnin onun şəxsi təşəbbüsü olduğunu açıqlayıb.
Qeyd edək ki, hadisə ilə bağlı Türkiyə Futbol Federasiyası araşdırmalara başlayıb.
Oxşar xəbərlər
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Mətbuat konfransında qalmaqal - VİDEO
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Günün matçlarını yayımlayacaq kanallar
Günün matçlarını yayımlayacaq kanallar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası