reklam
“Tərlan Əhmədov 100 faiz dürüst deyildi” -
Sportfm.az xəbər saytı

“Tərlan Əhmədov 100 faiz dürüst deyildi” -Futbolçudan ittiham


Bu qış fasiləsi zamanı "Neftçi"dən ayrılaraq Qazaxıstanın "Şaxtyor" (Karaqanda) klubuna transfer olunan Mateo Mujek müsahibə verib. 

Sportfm.az saytı həmin müsahibəni sizlərə təqdim edir.  
- “Neftçi”dən niyə ayrıldın?
- Mən artıq getməli idim. Çünki bu komandada oynamaq şansı qazanmırdım. Bu da yaxşı hal deyildi. Öz keyfiyyətlərimi göstərməyə imkan tapmırdım. Belə vəziyyətdə tərk etməli idim. 

- Səncə, "Neftçi"də vəziyyət pis olduğu halda niyə şans qazanmırdın?
- İlk oyunumu "Səbail"ə qarşı keçirdim və özümü yaxşı tərəfdən göstərdim. Düzdü, həmin vaxt baş məşqçi Elxan Abdullayev idi. Ondan sonra o, komandadan ayrıldı. Yeni baş məşqçidən sonra mənə heç şans vermədilər. Bir dəfə cəmi 6 dəqiqə "Səbail"ə qarşı oynadım. O da kubok matçı idi. Tərlan Əhmədovdan səbəbini soruşarsınız. Bilmirəm niyə, bütün məşqlərdə peşəkar şəkildə və 100 faiz çalışan futbolçu oynamırdı, yalnız gözləyirdi. Daha çox gözləyə bilmədim və ayrıldım. 

- Baş məşqçidən narazısan?
- Qış transfer dövründə komandadan ayrılan bütün futbolçularla eyni davrandı. Bilmirəm, bu barədə nə danışım.

- Onunla görüşüb söhbət etmədinmi?
- Onunla danışdım. Amma Tərlan Əhmədov 100 faiz dürüst deyildi. Bu danışıqların detallarını isə açıqlamaq istəmirəm. 

- Səncə, "Neftçi" niyə uğur qazana bilmir?
- Uğuru qazanmaq üçün ona layiq olmalısan. "Neftçi"də bəzi insanlar buna layiq deyildilər.

- Konkret olaraq ad çəkə bilərsən?
- Onlar özləri başa düşəcəklər.

- "Neftçi" azarkeşlərinə sözün var?
- "Neftçi"yə uğurlar arzu edirəm. Ümid edirəm ki, onlar Avropa Liqasının təsnifat mərhələlərinə vəsiqə əldə edəcəklər.(sport24.az)
 

Oxşar xəbərlər

"Məqsədim ona ötürmə verməmək deyildi" - "Sabah"ın futbolçusu
"Bizdən qabaq "Neftçi"də oynamayan oynayandan çox mükafat alırdı"
"“İmportnı” məşqçi gətirirlər, elə bilirlər ki, o da “importnı” mal kimi qiymətlidir” - Aqil Abbas
"Səbail"in futbolçusu: Aramızda söz-söhbət, dava-dalaş yoxdur - MÜSAHİBƏ
"Neftçi"nin yeni transferi: Adamla yoxsan kimi davranırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər