reklam
Ələtli futbolçular Banişevskini ən yaxşı şəkildə andılar -
Sportfm.az xəbər saytı

Ələtli futbolçular Banişevskini ən yaxşı şəkildə andılar -FOTO


Əfsanəvi futbolçu Anatoli Banişevskinin 72-ci ildönümünə həsr olunmuş futbol turniri keçirilib.

Sportfm.az xəbər verir ki, AFFA, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə həvəskar komandalar arasında keçirilmiş turnirin final oyununda “Ələt” və “Qobustan” komandaları qarşılaşıblar.

Oyun “Ələt”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Ələt” komandasının futbolçusu Şamxal Məlikov turnirin ən məhsuldar oyunçusu olub.

Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya kubok, xatirə medalları və diplomlar təqdim olunub.

Xatırladaq ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Banişevski “Neftçi”nin heyətində SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “ağ-qaralar” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) A.Banişevski “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin Əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda, Burkina-Fasonun gənclər yığmasında və “Kəpəz”də baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. Banişevski ölümündən bir il əvvəl "Şöhrət ordeni” ilə təltif olunub.

Oxşar xəbərlər

Bü gün Anatoli Banişevskinin doğum günüdür
"Mən Azərbaycanın çörəyi ilə böyümüşəm" - Banişevskinin 75 yaşı tamam olur
Anatoli Banişevski - 73
Yaşasaydı 72 yaşı olacaqdı...
Anatoli Banişevskinin doğum günündən 71 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər