reklam
Anri Vengerə görə
Sportfm.az xəbər saytı

Anri Vengerə görə "Arsenal"dan getdi


"Arsenal"ın akademiyasında kuratorluq edən klubun canlı əfsanəsi Tyeri Anri vəzifəsindən gedib. Qol.az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, buna "Arsenal"ın baş məşqçisi Arsen Venger səbəb olub. O, müstəqil məşqçi kimi London təmsilçisinin U-18 komandasına baş məşqçilik etmək istəyirdi. Lakin "topçular"ın əsas komandasının baş məşqçisi Arsen Venger buna razı olmayıb. O, Anrinin eyni vaxtda həm ekspert ("Sky Sports" telekanalında), həm də baş məşqçi kimi işləməsinə (U-18) qarşı çıxıb. Bu səbəbdən Anri "Arsenal"ın akademiyasından getmək qərarı verib. 

Qeyd edək ki, Anri futbolçu karyerasında "Arsenal”dan başqa "Monako”, "Yuventus”, "Barselona” və "Nyu York Red Bulls” kimi komandalarda da çıxış edib.

Oxşar xəbərlər

Anri baş məşqçi olmaqdan imtina etdi!
"Arsenal"da ciddi itki
Arsen Vengerin postuna göz dikiblər
Arsen Venger İngiltərə yığmasında ?
Arsen Venger "Arsenal"dan gedir ?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər