Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rüstəm Orucov gümüş medal qazandı
Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, o, finalda təcrübəli yaponiyalı olimpiya və 4 qat dünya çempionu Şohey Ono ilə qarşılaşıb.
Görüş 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında olduğu kimi, Ononun qələbəsi ilə yekunlaşıb. Beləliklə, titullu cüdoçu Düsseldorfda ilk görüşdə yendiyi Hidayət Heydərovdan sonra daha bir azərbaycanlı cüdoçuya qalib gələrək, qızıl medal qazanıb.
81 kq-da yer alan Fəqan Quluzadə də elə ilk görüşdə polşalı Damian Şvarnoveçkiyə uduzaraq, mübarizəni dayandırıb.
İlk yarış günündə Azərbaycan cüdoçuları medalsız qalıblar.
Oxşar xəbərlər
Rüstəm "Böyük Dəbilqə"ni medalsız tərk etmədi
“Masters”: Rüstəm Orucov bürünc medal qazandı
“Gələcəkdə Onoya qalib gələcəyimə ümid edirəm” - Rüstəm Orucov
Rüstəm Orucov Almaniyada medal qazandı
"Erməni cüdoçunu mütləq udmalı idim" - Rüstəm Orucov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası