Avropa çempionumuz azadlığa çıxdı
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Tuncay Vəzirzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Sportfm.az xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun barəsində şərti cəza verib və yığmamızın sabiq üzvi məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Tuncay Vəzirzadə ötən il oktyabrın 7-də Bakı şəhəri Yasamal rayonu ərazisində aralarında yaranan münaqişə zəmnində əvvəllər tanımadığı Rüfət Həziyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan R.Həziyevi xilas etmək mümkün olub.
Vəzirzadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvü olub.
Oxşar xəbərlər
Həbsdə olan gənc güləşçi azadlığa buraxıldı - İttiham
Beşqat dünya çempionu bəraət aldı - Cinayət əməli sübuta yetirilmədi
Azərbaycanlı idmançının 67 min manatını oğurlayan tapıldı - rəfiqəsinin bacısının sevgilisidir
Fəridə Əzizovanın evindən oğurluq edən şəxs yenə məhkəmə önünə çıxacaq
Cavid Hüseynov azadlığa buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası