Onu 6 illik diskvalifikasiya, 4 illik həbs cəzası gözləyir
İngiltərənin "Mançester Yunayted" klubunun mərkəz müdafiəçisi Ander Errera 4 illik həbs və 6 illik diskvalifikasiya ilə cəzalandırıla bilər.
Sportfm.az xəbər verir ki, onun adı İspaniyada danışılmış oyunlarda iştirakda hallandırılır. Hazırda bu məsələ ilə bağlı araşdırmalar davam etdirilir. Digər futbolçuların da iştirakçısı olduğu qalmaqalda hələlik başqa adlar açıqlanmır.
"The Daily Mail" nəşrinin iddiasına görə, araşdırmalar ilin sonuna kimi yekunlaşacaq. Məhkəmə isə ya bu ilin sonunda, ya da 2019-cu ilin əvvəlində yekun qərarını açıqlayacaq.
Xatırladaq ki, 28 yaşlı ispaniyalı futbolçu peşəkar karyerasına yetirməsi olduğu "Real Sosyedad"da başlayıb. 2011-ci ildən 2014-cü ilə qədər isə o, "Atletik"in formasını geyinib. Lakin onun konkret hansı komandanın heyətində, hansı oyunlara görə ittiham edildiyi açıqlanmır. İspaniya yığmasında da 1 oyun keçirmiş müdafiəçi MY-də 2014-cü ildən çıxış edir.
Oxşar xəbərlər
Belözoğlu ilə yeni müqavilə imzalandı
Oyun alqı-satqısında ittiham olunan sabiq futbolçu cəzalandı
Cəmşid Məhərrəmov həbs edildi! - ŞOK
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Ronaldoya iki il həbs cəzası veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası