33 oyunçu, 6 debütant
Hollandiya millisinin mart toplanışına 33 oyunçu çağrılıb.
Sportfm.az xəbər verir ki, "narıncılar"ın baş məşqçisi Ronald Kuman əsasən gənclərə dəvət göndərib. Onların arasında "Ayaks"ın 18 yaşlı yarımmüdafiəçisi Castin Kluvert də var. Digər debütantlar Marko Bizot, Qus Til, Vaut Veqorst, Hans Hatebur, Rud Vormerdir.
Millinin ilkin heyəti:
Patrik van Aanholt, Natan Ake, Rayan Babel, Donni van de Beek, Steven Berqis, Steven Berqviyn, Marko Bizot, Deyli Blind, Ceffri Bruma, Yasper Silessen, Stefan de Vrey, Memfis Depay, Bas Dost, Virqil Van Deyk, Timoti Fosu-Menza, Hans Hatebur, Daril Yanmaat, Lyuk de Yonq, Castin Kluvert, Mattis de Liqt, Serjio Past, Kuinsi Promes, Devi Pröpper, Kərim Rekik, Marten de Roon, Kevin Strootman, Kenni Tete, Quus Til, Tonni Vilyena, Rud Vormer, Vaut Veqorst, Jorjinyo Viynaldum, Yerun Zut.
Hollandiya martın 23-də İngiltərə, 26-da isə Portuqaliya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Oxşar xəbərlər
Niderland yekun heyətini açıqladı - AVRO-2024
Niderland millisinin heyəti - AVRO-2024
Niderland millisinin heyəti - DÇ-2022
Niderland millisinin heyəti açıqlandı - DÇ-2022
Millətlər Liqasında rəmzi komanda açıqlandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası