reklam
Ferqyusonu da keçən olarmış!
Sportfm.az xəbər saytı

Ferqyusonu da keçən olarmış!


"Arsenal"ın baş məşqçisi Arsen Venger "topçular"ın "sükanı arxası"nda 22-ci ilini keçirir.

Sportfm.az xəbər verir ki, fransalı mütəxəssis "Mançester Yunayted"in əfsanəsi Aleks Ferqyusonu geridə qoyub.

Belə ki, Venger Premyer Liqa tarixində eyni komandada ən uzun müddət çalışan məşqçi ünvanını ələ keçirib. Ona qədər rekord Ferqyusona məxsus idi. Doğrudu, şotlandiyalı mütəxəssis 1986-cı ildən 2013-cü ilə qədər "qırmızı şeytanlar"a rəhbərlik edib. Lakin Premyer Liqa 1992-ci ildə yarandığından, Ferqyusonda göstərici 21 ildi.

Premyer Liqada bir klubda ən uzun müddət çalışmış məşqçilər:

1. Arsen Venger ("Arsenal"): 1996 - ...
2. Aleks Ferqyuson ("Mançester Yunayted"): 1992-2013
3. Devid Moyes ("Everton"): 2002-2013
4. Harri Rednapp ("Vest Hem"): 1994-2001
5. Rafael Benites ("Liverpul"): 2004-2010
6. Alan Kerbişli ("Çarlton"): 2000-2006
7. Sem Ellardays ("Bolton"): 2001-2007
8. Jerar Ulye ("Liverpul"): 1998-2004
9. Cim Smit ("Derbi Kaunti"): 1996-2001
10. Bobbi Robson ("Nyukasl"): 1999-2004

apasport.az

Oxşar xəbərlər

Premyer Liqanın ən reytinqli məşqçiləri - SİYAHI
PSJ-nin prezindenti Arsen Vengerə əməkdaşlıq təklif etdi
"Karyeramı başa vurmamışam" - Arsen Venger
22 il ərzində əsir olan Arsen Venger
Venger Ferqyussonun rekordunu təkrarladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər