"Yığma qara qəpiyə dəyməz" -Ekspertdən sərt reaksiya
Rusiyalı futbol eksperti, ölkənin futbol ittifaqının üzvü Andrey Sozin tənqidi fikirləri ilə gündəmi zəbt edib.
Sportfm.az xəbər verir ki, Sozin Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesovun yığmada mərkəz müdafiəçilərinin azlığı ilə bağlı səsləndirdiyi sözlərə sərt reaksiya verib:"Çerçesov deyir ki, müdafiəçilərimiz yoxdur, biz Georgi Jikiyadan asılıyıq. Ona anlatmaq lazımdır ki, futbol komanda oyunudur və müdafiə hücumdan başlayır. Əgər bu gün Rusiya yığma komandası hansısa Jikiyadan asılı vəziyyətə düşübsə, onda o yığma qara qəpiyə dəyməz".
Qeyd edək ki, hazırda "Spartak"da çıxış edən 25 yaşlı Georgi Jikiya Gürcüstan və Rusiya milliləri arasında seçim edərkən, ikinciləri seçib.
Oxşar xəbərlər
Milli komandanın baş məşqçisi Çerçesov olacaq
"Almaniya və Rusiya yığmaları arasında seçim etməli olsam, ikinciləri seçəcəm" - 18 yaşlı futbolçu
Yığma üzvlərinin alacağı mükafatın məbləği açıqlandı
Rusiya millisinin DÇ-2018 üçün yekun heyəti açıqlandı
Onların yığmaya cəlb edilməsi gündəmdə deyil - Stanislav Çerçesov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası