reklam
Şeydayev “Trabzonspor”a qayıdacaqmı?
Sportfm.az xəbər saytı

Şeydayev “Trabzonspor”a qayıdacaqmı?


“Qarabağ”ın və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yayda müqaviləylə məxsus olduğu “Trabzonspor”a qayıdacaq.

Sportfm.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Haber61” saytı yayıb. Xəbərdə 21 yaşlı hücumçunun mövsümün sonunda “Trabzonspor”un məşqlərinə qoşulacağı, baş məşqçi Rza Çalımbay tərəfindən sınandıqdan sonra onunla bağlı qərar veriləcəyi qeyd edilib.

“Trabzonspor” UEFA-dan transfer cəzası aldığı üçün yayda heç bir futbolçu transfer edə bilməyəcək. Qaradəniz təmsilçisi buna görə, digər klublarda icarədə olan futbolçuları sınamağı planlaşdırır.

Mövsümün əvvəlində “Qarabağ”a icarəyə verilən Şeydayev, Ağdam təmsilçisində keçirdiyi 11 oyunda qol vura bilməyib.(komanda.az)

 

Oxşar xəbərlər

"Trabzonspor" Ramil Şeydayevlə bağlı qərar verdi
Ramil Şeydayev "Trabzonspor"da məşqə çıxdı
Şeydayevin işi düyünə düşdü, "Trabzonspor"da məşqlərə qatıldı!
"Trabzonspor" Ramil Şeydayevi satır
Ramil Şeydayev "Qarabağ"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər