Gürcülər SOCAR-a minnətdarlıq edir -köməyə görə
Martın 30-dan aprelin 1-dək Tbilisidə qadın şahmatçılar arasında blits üzrə Avropa çempionatı keçiriləcək.
Sportfm.az xəbər verir ki, çempionatda Azərbaycan da daxil olmaqla 15 ölkədən 80 idmançı iştirak edəcək.
Gürcüstan Şahmat Federasiyasının prezidenti Gio Georqadze deyib ki, Tbilisi şəhər meriyasının baş sponsorluğu ilə təşkil olunacaq çempionatda şahmat üzrə ən güclü idmançılar, o cümlədən dünya və Avropa çempionları mübarizə aparacaqlar. Favoritlər arasında blits üzrə hazırkı Avropa çempionu Nana Dzanqnidze də var.
G.Georqadze Gürcüstanda şahmatın inkişafında SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu yüksək qiymətləndirib. Federasiyanın prezidenti bu köməyə görə SOCAR rəhbərliyinə minnətdarlıq edib.(azərtac)
Oxşar xəbərlər
Daha 2 iştirakçısı bilindi - Vüqar Həşimov Memorialı-2022
Daha 2 iştirakçı məlum oldu - “Vüqar Həşimov Memorialı-2022” turniri
Vüqar Həşimov Memorialında iştirakçılır məlum oldu - SİYAHI
“İpək Yolu Kuboku” turniri start götürür
İpək Yolu Kuboku keçiriləcək - Azərbaycan və Gürcüstan arasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası