reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt"ın tarixində yeni rekord


“Sumqayıt” Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb.

Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, XX turun “Kəpəz”lə ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanan Samir Abasovun yetirmələri sonuncu dəfə XII turda məğlub olub. 2017-ci il noyabrın 17-də “Qarabağ”la səfər matçında 0:2 hesabına üzülən “Gənclik şəhəri” təmsilçisi sonrakı 8 qarşılaşmada 5 qələbə qazanıb və 3 heç-heçə edib.

Bu, klub tarixində yeni rekorddur. Belə ki, 2011-ci ildən Azərbaycan çempionatlarının yüksək dəstəsində çıxış edən “Sumqayıt”ın ən uzun məğlubiyyətsiz seriyası 7-yə bərabər idi. 2016-cı ilin noyabrından 2017-ci ilin fevralınadək olan dövrdə komanda 4 qələbə qazanıb, 3 heç-heçə etmişdi. Ötən turda bir il əvvəlki rekordu təkrarlayan Abasovun yetirmələri “Kəpəz”lə qarşılaşmada bu göstəricini yeniləyib.

Oxşar xəbərlər

"Sumqayıt" bunu 1237 gündən sonra bacarıb
"Sumqayıt"ın seriyasına "Qarabağ" son qoydu
“Qarabağ”dan mövsümün rekordu
Cavid İmamverdiyev tarixə düşdü
Bakılılardan yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər