Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Belarus və Rumıniya komandaları olimpiadadan kənarlaşdırıldı
Belarus və Rumıniyanın kayak və kanoe üzrə sprinter komandaları olimpiadadan kənarlaşdırıldı. Goal.az xəbər verir ki, onların arasında Valentin Demyanenko və İnna Osipenko-Radomskayanın da rəqibləri var. Beynəlxalq Kanoe Federasiyasının (İCF) rəsmi saytına istinadən verdiyi məlumata görə, qadağa 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına da şamil edilib. Səbəb hər iki ölkə idmançılarının mütəmadi olaraq, dopinqdən istifadə etmələridir. İCF bildirir ki, Rumıniya yığmasından 11 idmançının dopinq-testi müsbət nəticə verib. Onlardan daha çox meldonium preparatı aşkarlanıb. Belarus təmsilçilərində isə 5 belə hal qeydə alınıb.
Qeyd edək ki, Belarus yığmasının sprinter məsafələrində 12 idmançıya 7, Rumıniya millisində isə 8 idmançıya 4 lisenziyası var idi. Onlardan bəziləri Azərbaycanı olimpiadada kanoe növündə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə təmsil edəcək Valentin Demyanenkonun, eləcə də qadın kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq İnna Osipenko-Radomskayanın rəqiblərindən idi.
Oxşar xəbərlər
Bayramov Slovakiyada qızıl medal qazandı - Uğur
Olimpiya mükafatçılarımız karyerasını bitirdi
Rio-2016: Demyanenko ikinci, Osipenko-Radomskaya sonuncu oldu
Yeganə idmançımız mübarizəyə başlayır...FOTO
Moskvada Avropa çempionatı start götürür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası